“Alternativ enerjinin dayanıqlı və ekoloji inkişafda rolu” - FOTOLAR

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan “Alternativ enerjinin dayanıqlı və ekoloji inkişafda rolu” adlı layihənin birinci mərhələsi başa çatıb. SİA xəbər verir ki, belə ki, ilkin mərhələ ümumilikdə 50 nəfər şagirdin iştirakı ilə 3 gün davam edib.

Təlim 25 noyabr, 29 noyabr və 2 dekabr tarixlərində Bakı şəhəri 247 nömrəli məktəbdə baş tutub. Təlim zamanı təlimçi Ramil Babayev və Fədai Mərdanlı tərəfindən Elm və Təhsil Nazirliyinin gənclərin maariflənməsinə, asudə vaxtlarının səmərəli təşkilinə verdiyi önəm, ekoloji maarifləndirmə, alternativ enerjinin çağdaş dönəmdəki vacibliyi, ətraf mühitin mühafizəsi və monitorinq tədbirləri, həmçinin dayanıqlı inkişaf konsepsiyası haqqında ətraflı məlumat verilib. Təlimin növbəti günlərində interaktiv yarışlar həyata keçirilib, intellektual oyunlar təşkil olunub. Eyni zamanda təlim iştirakçılarına bukletlər, məlumat kitabçaları və intellektual yarışda istifadə etmək məqsədilə dəftər və qələmlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə