İnşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi "Zəfərlə başa çatan Vətən müharibəsi inşa yazı müsabiqəsi" mövzusuda tədbirlərin və yazı müsabiqəsinin keçirilməsinin təşkili layihəsinin 6-cı tədbirini 28 noyabr 2022-ci ildə təşkil edib.

Layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.

Tədbirdə Azərbaycan Respublikası Nizami rayonu polis idarəsi əməkdaşı Huseynov Qadir, Binəqədi Gənclər və İdman İdarəsinin əməktaşı Quliyeva Səadət, 5 nömrəli BPM-nin Tədris hissə müdiri İbrahimova Sanubər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə