"Bu gün çox çətin oyun baş tutacaq" - FUTBOL EKSPERTİ AÇIQLADI
“Bu gün “Qarabağ” komandasını çətin oyun gözləyir. Lakin hər birimizin bildiyi kimi bu çətin oyunları asanlaşdırmaq “Qarabağ” komandasının özünəməxsus xüsusiyyətidir”. Bu fikirləri SİA-ya açıqlamasında futbol üzrə ekspert Şahin Diniyev bildirib.

Futbol eksperti qeyd edib ki, bu oyun “Olimpiakos” komandasının son şansıdır: “Ona görə də rəqib komanda Bakıda daha diqqətli bir şəkildə yaxşı nəticə əldə etmək üçün əlindən gələni edəcək. “Qarabağ” komandası da yaxşı anlayır ki, bu qələbə onları 70-80 faiz qrupdan çıxmasına kömək etmiş olacaq. Buna görə də bugünkü oyun çox gərgin keçəcək.
“Olimpiakos” komandası Yunanıstanda keçirilən oyunda "Qarabağ" komandasına yuxarıdan aşağı baxırdı və oyunda qələbə qazanacaqlarını düşünürdülər. Amma hər şey tərsinə oldu və “Qarabağ” qələbə qazandı. Ümid edirəm və inanıram ki, “Qarabağ” bu oyunda da qalib gələcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB