Xəbər verdiyimiz kimi, Tovuz rayonu ərazisində şiddətli döyüşlər gedir. SİA-nın məlumatına görə, Vətən yolunda canlarından keçən şəhidlərimiz var.

Müğənni Səidə Sultan sosial şəbəkədə paylaşım edərək, Azərbaycanın bu çətin günlərində hər kəsi bərabər olmağa səsləyib: "Əzizlərim, bu günlər hamımız narahat, gərgin və çətin anlar yaşayırıq. Azərbaycanımızın qeyrətli oğullarına can qurban. İllərdir Qarabağı bizdən alıblar. Vətən üçün ürəyi yanıb, sızıldayan mərd kişi və xanımlarımız çoxdur. Hamımızın bir millət olaraq qeyrətimiz Qarabağdır. Hamılıqla bərabər olmalıyıq. Güc birlikdədir. İrəli Azərbaycan əsgəri! İrəli Azərbaycan ordusu! Biz sizə inanırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...