Müğənni Sevda Yahyayeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, ifaçıya bir çox izləyiciləri "Toyunuz nə vaxt olacaq?" sualını ünvanlayıb.
Sənətçi belə cavab verib: "Nişanlım məndən 4 yaş böyükdür. Toyumuz karantin bitəndən sonra olacaq. Hazırda ailəmlə yaşayıram. Toydan sonra Zakirin (nişanlısı - red.) evinə köçəcəm".
Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Ailə Planlaması Məsləhətxanası"ında genetik bölümün rəhbəri olaraq çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB