Sevda: "Zakirlə toyumuz karantindən sonra olacaq"

8 Aprel 2020 12:50 (UTC+04:00)

Müğənni Sevda Yahyayeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, ifaçıya bir çox izləyiciləri "Toyunuz nə vaxt olacaq?" sualını ünvanlayıb.

Sənətçi belə cavab verib: "Nişanlım məndən 4 yaş böyükdür. Toyumuz karantin bitəndən sonra olacaq. Hazırda ailəmlə yaşayıram. Toydan sonra Zakirin (nişanlısı - red.) evinə köçəcəm".

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Ailə Planlaması Məsləhətxanası"ında genetik bölümün rəhbəri olaraq çalışır.