Afaq Bəşirqızı: "Ramiz Əzizbəylini bağışlayıram" VİDEO

Xalq artisti Afaq Bəşirqızı verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktrisa həmkarı Ramiz Əzizbəyli ilə aralarında illərdir davam edən qalmaqaldan bəhs edərək, onu bağışladığını bildirib: "Bəxt üzüyü"nün araya-ərsəyə gəlməsində həm iştirakçıların, həm də Ramiz Əzizbəylinin böyük rolu var idi. İdeyanı yazan insana böyük hörmətim var, ortaya bir sənət əsəri qoyub. Onu da Ramiz Əzizbəyli çəkib. Bir aktrisa ilə teatr, tamaşa, film olmaz. Burada hamının zəhməti var. Jurnalist Ramiz Əzizbəyliyə sual verib, o da kobud cavablandırıb. İnsanın xasiyyətində də ərköyünlük var, kobud cavab verdi. Amma mənə qarşı çox ərköyünlük etdi. Ramiz Əzizbəylini üç-beş gündür tanımıram. Neçə illərin tanışıyıq. Ətini yesəm də, sümüyünü atmaram. Ona görə də mən Ramiz Əzizbəylini bağışlayıram. Amma o sözü heç bir yerdə deməmişdim".

Qeyd edək ki, hər iki sənətkarın küsməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən “Bəxt üzüyü” filmi olub. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi ilə bağlı yazı dərc olunmuşdu. Bu da tərəflər arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...