Türkiyəli müğənni Murat Bozla bağlı maraqlı dedi-qodular yayılıb. SİA-nın verdiyi xəbərə görə, ifaçının homoseksuallar üçün nəzərdə tutulan "Gay Mag" jurnalının üz qabığına çıxacağı və açıq-saçıq fotosessiya etdirəcəyi iddia olunur.
Ortaköydə dostları ilə birgə iftar yeməyi yeyən Murat jurnalistlərin bu iddialarla bağlı suallarını cavablandırıb:"Həmin jurnalın üz qabığına çıxacağım xəbərləri yalandır. Razılıq cavabı verməmişəm, amma mənfi reaksiya da göstərməmişəm".
Müğənninin cavablarından belə məlum olub ki, o, "Gay Mag" jurnalının təklifini hələlik düşünür. Muradın cavabı maraqla gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə