Azərbaycanlı müğənni: “Gedərəm”

Azərbaycanın gənc amma iddialı müğənnisi Zarina Məmmədova yeni mahnısını təqdim edib. SİA-ya açıqlama verən Zarinanın sözlərinə görə, onun yeni ifa etdiyi mahnının adı "Gədərəm"dir.

"Musiqisi Emin Kərimiyə, sözləri Leyli İsrafilovaya məxsus mahnını Hakan Erol aranjeman edib. İnşallah, tamaşaçılar da bəyənər. Ancaq onu vurğulayım ki, lirik notlar üzərində yazılan mahnını dinləyən hər kəs bəlkə nəyisə bəyənmir amma ifamdan razı qalır".

Zarinanın yeni mahnısını dinləmək üçün təqdim etdiyimiz videoya daxil ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə