Azərbaycanlı müğənnilər “Yox” dedilər - FOTOSESSİYA

Dünən paytaxtın dəbdəbəli məkanlarının birində xeyriyyə məqsədi ilə "Bu gün "Yox" deyək!" adlı aksiya keçirilib. SİA-nın məlumatına görə, Səbuhi Arif və Sa Sanın təşkil etdiyi mərasimdə Azərbaycan estradasının ən məşhur simaları iştirak edirdi.


Tədbirdə iştirak edənlər tək pis vərdişlərə yox deməklə kifayətlənməyiblər. Onlar həmçinin aksiyanın əsas qonaqlarından olan əlil uşaq Ayşəni də dəstəkləyib, uşaqlara qarşı haqsızlığa "Yox" deyiblər.


Aksiyanın aparıcıları Kamalə Piriyeva və Rəşad Kəsəmənli idi. Onlara səhnəyə dəvət etdikləri bütün qonaqların nəyə "Yox" dediyini soruşurdular.


Suala cavab verib, mahnı ifa edənlər sırasında Azərbaycanın xalq aristi Faiq Ağayev, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, müğənnilər Elnarə Xəlilova, Kərim Abbasov, Zarina Məmmədova, Emin Bədəlov, Günay İbrahimli, Xatun, İntizar, "Qismət" qrupu, gənc müğənnilər Şölə Səfərəliyeva, Fərid Mərd, Elşad, Nurlan Əhməd, DJ Çina, reper Orxan Həyat, aktyor Murad, aparıcı Gülnarə və digərləri var idi.


Mərasimdə baş verənləri izləmək üçün təqdim etdiyimiz fotosessiyaya baxa bilərsiniz.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...