Populyar müğənni 5 uşaq sahibi olacaq

Azərbaycanın tanınmış müğənnisi Xuraman Şuşalının növbəti dəfə hamilə olmasına dair şayələr gəzirdi. Sözügedən xanım bu şayələrə son qoyaraq yerli telekanalların birinə açıqlamasında gəzən söz-söhbətin doğru olduğu təsdiqləyib. SİA-nın məlumatına görə, Xuraman xanım açıqlaması zamanı özünü xoşbəxt hiss etdiyini deyib: "Dünyaya uşaq gətirməkdən gözəl nə ola bilər?! Uşağın qız, yaxud oğlan olmasının mənim üçün heç bir fərqi yoxdur. Həyat yoldaşım 5 övladımızın olmasını istəyir".

Qeyd edək ki, Xuraman Şuşalı solo-konsertə hazırlaşdığını və sözügedən konsertin may ayının 10-da keçiriləcəyini də dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə