MDB sammitində hansı məsələlər müzakirə olunacaq? - MƏRKƏZ DİREKTORU BİLDİRDİ
“Astarada keçirilən MDB sammitində hər hansısa bir önəmli məsələnin müzakirə ediləcəyini düşünmürəm”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

F.Məmmədov qeyd edib ki, bu sammitlər ikitərəfli və çoxtərəfli görüşlərin keçirilmə məkanına çevrilib: “MDB dövlətləri daha çox bu platformanı ikitərəfli məsələlərin müzakirəsi və həlli ilə bağlı istifadə edirlər. Bu dəfə keçirilən sammitdə Azərbaycan və Rusiya dövlətlərinin prezidentləri eyni zamanda Rusiya tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü eyni zamanda Azərbaycan-Rusiya rəhbərlərinin üçtərəfli sammitin keçirilməsi ilə bağlı dəvətlər səsləndirilib. Bundan əlavə olaraq MDB-dən nəsə gözləmək görünmür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB