"Fransa Ermənistanın başına ağıl qoymalıdır" - HƏRBİ-EKSPERT DANIŞDI

"Fransa Ermənistanın başına ağıl qoymalıdır" - HƏRBİ-EKSPERT DANIŞDI

“Fransa sülh proseslərində heç zaman səmimi mövqe sərgiləməyib. Onlar hər zaman ikili standartlardan çıxış edərək Ermənistana hər zaman yardımlar ediblər”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.

Hərbi ekspert qeyd edib ki, Fransa dövlətinin bundan əvvəl ki, prezidentləri də hər zaman eyni mövqeydən çıxış ediblər: “Lakin Fransa və onun Prezidenti Makron bir şeyi bilməlidir ki, Azərbaycanın daxili və xarici siyasətinə İlham Əliyev rəhbərlik edir. İlham Əliyev də kifayət qədər təcrübəli bir şəkildə Azərbaycanın milli maraqlarına xidmət edən siyasətçidir. Cənab Prezidentin bu mövqeyini beynəlxalq aləm də belə qəbul edir.

Fransanın bu cür məsələlərə ikili yanaşması və müxtəlif oyunlar oynamasının heç bir nəticəsi olmayacaq. Fransa Ermənistanla müttəfiqliyini davam etməsini istəyirsə, Ermənistanın başına ağıl qoymalıdır. Həmçinin Fransa Azərbaycanla əməkdaşlıq etmək məcburiyyətindədir. Avropanın enerji təhlükəsizliyini Azərbaycan təmin edir. Həmçinin Azərbaycan tək Avropanın yox Mərkəzi Asiyanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın enerji daşıyıcıları üzərindən dünya bazarların çıxır. Azərbaycanla Türkiyə bu məsələlərdə əsas rol oynayır. Fransa da bu dövlətlərlə münasibətlərini normal tutmalıdır. Azərbaycanın güclü ordusu var və bölgədə artıq yeni reallıqlar yaranıb. Necə ki, 2020-ci ildə Fransanın çıxardığı müxtəlif oyunlarının nəticəsi olmadığı kimi indi də bu kimi addımlar atarsa Ermənistan ağır şəkildə cəzalandırılacaqdır. Fransa Azərbaycanla olan normal münasibətlərinə zərbə vurmuş olacaq. Bununla da Fransanın Cənubi Qafqazda olan əməkdaşlıqlarını demək olar ki, sıfıra endirəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə