Ərdoğan Zaporojye AES-dəki vəziyyət barədə Putinlə danışacağına söz verib

Zaporojye təsadüfi məsələ deyil. Hazırda ərazidə ukraynalı mütəxəssislər var.

SİA-nın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib

“Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. “Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. Rusiya dünyadakı sabitlik naminə bu addımı atmalıdır", - deyə T.R.Ərdoğan qeyd edib.

R.T.Ərdoğan həmçinin Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...