Səlcuq Bayraqdar həlak olanlarına ailələrinə başsağlığı verib - FOTO

Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda meydana gələn helikopter qəzasında həlak olan hərbi qulluçularımızın ailələrinə Baykar Makinanın ortaq sahibi, Bayraqdar Pilotsuz Uçuş Aparatlarının yaradıcısı Səlcuq Bayraqdar öz rəsmi "Twitter" hesabında başsağlığı verib.

SİA-nın məlumatına görə, paylaşımda deyilir: "Azərbaycanda yaşanan dəhşətli helikopter qəzası ürəklərimizi dağladı. Can Azərbaycanın kədərini ürəkdən bölüşürük. Şəhid olan qəhrəman əsgərlərimizin ruhları şad, məkanları cənnət olsun. Yaralılarımıza Allahdan şəfa diləyirik. Türk millətinin başı sağolsun!"- paylaşımdan bildirilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə