YAP Masallı rayon təşkilatının fəalları şəhidlərin məzarını ziyarət ediblər ANIM

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Çaxırlı və Tüklə kəndləri, Ərkivan qəsəbəsi və Masallı şəhərindən şəhid əsgər Ağayev Ağamalı Şamil oğlunun, şəhid əsgər Nəcəfov Əli Seyran oğlunun, şəhid əsgər Əlizadə Famil Habil oğlunun və Hadiyev Vüsal Balarəzi oğlunun anım günündə məzarını ziyarət etmişlər. Anım mərasimində şəhidlərin ruhlarına dualar oxunmuş, məzarları üzərinə gül dəstələri düzülmüşdür. Daha sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi və fəalları şəhidlərin ailə üzvləri ilə görüşmüş və onların problem və qayğıları ilə maraqlanmışlar. Şəhidlərin ailə üzvləri dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə, ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Allah şəhidlərimizə rəhmət eləsin !

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə