Tərtər də şəhidin xatirəsinə yaradılan abidə-bulaq kompleksinin açılışı olub FOTOLAR

YAP Tərtər rayon təşkilatının rəhbərliyi, fəalları, rayon icra hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidi Məmmədli Sənan Səlim oğlunun doğum günündə Qaradağlı kəndində onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan abidə-bulaq kompleksinin açılışında iştirak ediblər.

Həmçinin Qaradağlı kənd qəbirstanlığındakı birinci Qarabağ və Vətən müharibəsində Vətənimizin ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların məzarlarını ziyarət edərək, onların məzarları üzərinə tər gül-çiçək dəstələri qoyulub, xatirələri ehtiramla yad edilib və ruhlarına dualar oxunub.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...