"Qarabağdan yenə həyəcanverici xəbərlər gəlir. Rusiya Ermənistandan Qarabağa erməni hərbçilərinin keçidinə şərait yaradır. Bu faktı sübut edə biləcək görüntülər də var. Ermənistan hakimiyyətinin sülh sazişinin və sərhədin müəyyənləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya danışıqlarından imtina siyasətinin arxasında da Rusiyadakı siyasi və hərbi mərkəzlərin dəst-xətti hiss olunur, yoxsa rəsmi İrəvan Ermənistan üçün ağır nəticələnən müharibədən sonra bizə yenə dil uzatmazdı. Erməni tərəfini arxayanlaşdıran mərkəzlər var". Məsələ barədə eyni zamanda "Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
"Biz nə istəyirik? Birincisi, Rusiya hərbçiləri 4 ildən sonra Qarabağı tərk etsinlər. İkincisi, Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəməyən erməni qalmasın və Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçsin ki, bununla 200 illik problemə son nöqtəni qoyaq", - politoloq bildirib.
Onun sözlərinə görə, bu proses hədəflərimizə çatmaq planlarımızdan və onları necə yerinə yetirməmizdən asılıdır: "Müharibədən sonrakı dönəmi "ağıl oyunları" da adlandırmaq olar. Birinci mərhələdə hərbi yolla məsələnin böyük qismini həll etdik, problemin qalan hissəsini isə hərbi-siyasi-diplomatik, o cümlədən "ağıllı layihələr"in köməyi ilə həll etməliyik. Qarabağda ağıllı kəndlər və ağıllı qəsəbələr salırıqsa, Qarabağın tamamına nəzarəti bərpa etmək üçün niyə ağıllı layihələr üzərində düşünməyək? Azərbaycan torpaqlarının işğalı dövründə Qarabağda təxminin 100 min erməni yaşayırdı, indi bunun sayı ən azı 4 dəfə azalıb, ancaq məsələnin bizim xeyrimizə tam həlli üçün bu sayı ikirəqəmliyə çevirmək lazımdır. Hələ ki, proses öz axarıyla bizim üçün müsbət istiqamətdə cərəyan edir. Ancaq Rusiya və dünyadakı erməni lobbisi əlindən gələni edəcək ki, Qarabağdakı ermənilərin sayı minimuma enməsin.
Bunun üçün onlar əllərində gələni edəcəklər. Qarabağda evlər tikəcəklər, pulsuz heyvanlar paylayacaqlar, kreditlər hazırlayacaqlar. Bizim üçün bunun tam tərsini etməliyik. Qarşımızda Rusiya, Ermənistan, bir qisim Qərb ölkəsi və erməni lobbisi var. Ancaq proseslər bizim ərazimizdə getdiyindən qarşı tərəf öz gücündən istifadə edə bilməyəcək. Onların planlarını pozmaq və öz məqsədimiz diktə etmək imkanımız var".
Azərbaycan birbaşa Ermənistan hökuməti və Qarabağın erməni əhalisiylə mümkün qədər tez bir zamanda sülhə və barışığa nail olmaq üçün addımlar atmağı planlaşdırır. Azərbaycan hazırda öz nəzarəti altında olmayan ərazilərin "iqtisadi inkişafına nail ola bilmir, lakin bu o demək deyil ki, bunu gələcək məqsəd kimi görmür". Millət vəkili Rasim Musabəyov Xankəndinin iqtisadi zonalara aid olunmasını şərh edərkən belə deyib.
"Bütün Azərbaycan ərazisinə nəzarəti Azərbaycan özü həyata keçirməlidir və bizim 5 ildən sonra burada Rusiya sülhməramlılarını görmək barədə heç bir istəyimiz yoxdur," - deyə Musabəyov bildirib.
Türkiyə Prezidenti Erdoğan işğaldan azad olunmuş Şuşa şəhərinə Azərbaycan Prezidenti ilə gedərkən aralarında belə bir söhbət oldu: cənab Erdoğan "Xankəndi istiqamətinə işarə edərək otel oradamı" deyə cənab Əliyevdən soruşdu. O isə gülərək, "yox, orda yox, amma orda da olacaq" - deyə cavab verdi.
Xankəndidə belə bir otel üçün isə hər iki tərəfin bir-birinə etimadı lazımdır. Ancaq bunu Qarabağda yaşayan erməni əhali istəyəcəkmi? Bunu təmin etmək kimin üzərinə düşür? Paşinyan hökuməti bunu edə biləcək təsirə malik kimi görünmür. Seçkilərdə qələbəsindən sonra Qarabağ separatçılarının lideri, Azərbaycan Baş Prokurorluğunun 2-ci Qarabağ Müharibəsindən sonra barəsində axtarış elan etdiyi Arayik Arutyunyan Paşinyanın yanında göründüyü üçün Xankəndidə onun əleyhinə etiraz mitinqləri keçirildi. Belə ki, öz ölkəsində söz sahibi olmayan birindən belə bir addım gözləmək olmaz.
Rusiya mediasındakı xəbərlərdən belə nəticəyə gəlmək olar ki, Qarabağda ermənilər hazırda daha çox Rusiyaya etibar etdiklərini və hətta Rusiya pasportu almaq istədiklərini söyləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB