ABŞ demokratlarin minabazlıq oyunları: Filip Rikerin simasızlığında! ANALİTİK+FAKT

Təqdim olunan xəritələrin faktiki olaraq 100%-lik nəticələrə əsaslanmaması məlumatı yayıldıqdan sonra artıq tam əminliklə demək olar ki, ABŞ demokratlarının “xəritə əməliyyatlarının” iki məqsədi var idi

Əgər əvvəllər ABŞ-ın ölkəmizə qarşı hər ədalətsiz addımı bizlərdə müəyyən təəccüb yaradırdısa, indi həmin təəccüb təəssüflə əvəzlənməyə başlayır. Yəni zaman keçdikcə maskalar çıxır və biz ABŞ-da şübhəli yollarla hakimiyyətə gəlmiş demokratların siyasətinin nə qədər hiyləgər olduğunun şahidlərinə çevrilirik. Elə son 30 ildə bizi təkidlə torpaqlarımızın itirilməsi ilə barışaraq “status kvo”nu qəbul etməyə təzyiq göstərən, ermənilər tərəfindən zəbt olunmuş ərazilərdə, ekoloji, tarixi-arxeoloji, iqtisadi və infrastruktur soyqırımının aparılmasının qarşısının alınmasına dair çoxsaylı çağırışlarımıza məhəl qoymayan, torpaqlarımızı azad etdikdən sonra isə uğradığımız haqsızlıqlara rəğmən, utanmadan göz yumduqları bu olayların nəticələrinin aradan qaldırılmasında, yəni bərpa və quruculuq layihələrində iştirak etmək (?!) niyyətində olan demokratlardan axı başqa nə gözləmək olardı?!

Biz, bu yanaşma haqqında aşağıdakı məqalədə ətraflı yazmışdıq:

https://sia.az/az/news/politics/875372.html

Lakin ABŞ-ın bizə qarşı atdığı son addımı amerikalı demokratların özlərinin ifşası ilə nəticəsini tapdı. Belə ki, ABŞ-ın guya 15 erməni terrorçunun azad olunması müqabilində ermənilərdən mina xəritələrinin alınaraq bizə verilməsi də yalan çıxdı!

Bu yerdə biz “barmağımızı dişləyərək” yalnız belə nəticə hasil edə bilərik...

Beləliklə, minalarla bağlı fəaliyyət göstərən rəsmi nümayəndənin mətbuata verdiyi açıqlamasında da bildirildi ki, təqdim olunan xəritələrin yalnız bir qismi - cəmi 50%-i dürüstdür, əksəriyyəti isə 20-30% faiz dürüstlüyə malikdir. Yaxşı, bəs bunu necə adlandırmaq olar?! Lakin bu yerdə biz “barmağımızı dişləyərək” yalnız belə nəticə hasil edə bilərik: Bu işə Avropada “ABŞ-ın axmaq siyasətçisi” ləqəbini qazanmış Filip Riker cəlb olunanda, biz bunu ehtimal etməliydik ki, burada nə isə başqa məsələlər də var. Ancaq SİA olaraq biz əvvəldən Rikerin kim olduğunu yazmışdıq ki, bu demokrat zata inanmaq olmaz! Elə də uzağa getməyərək, vaxtında onun barəsində apardığımız qeydləri də diqqətinizə çatdırırıq:

https://sia.az/az/news/politics/874727.html

https://sia.az/az/news/politics/875135.html

https://sia.az/az/news/politics/875622.html

Əslində, çox təəssüf ki, biz haqlı çıxdıq və Filip Riker bizə qarşı etdiyi bu hərəkətləri ilə Avropada qazandığı “axmaq” siyasətçi renomesini bir daha möhürləmiş oldu.

Təqdim olunan xəritələrin faktiki olaraq 100%-lik nəticələrə əsaslanmaması məlumatı yayıldıqdan sonra artıq tam əminliklə demək olar ki, ABŞ demokratlarının “xəritə əməliyyatlarının” iki məqsədi var idi:

- Birincisi, həmin günlərdə ABŞ Senatında növbəti il üçün Dövlət Departamentinin büdcəsinin müzakirələri zamanı Menendes başda olmaqla ermənipərəst senatorların “könlünü” almaq.

- İkincisi, Ermənistanda istər seçkiqabağı, istərsə də seçkisonrası mühitdə açıq-aşkar Sorosun nümayəndəsi vəzifəsini icra edən Nikol Paşinyanın nüfuzunu artırmaq. Görünür, sorosçu demokratların planları baş tutdu...

Lakin bütün hallarda biz ABŞ-a verdiyimiz sözü yerinə yetirdik və 15 erməninin sağ-salamat, yanaqlarından qan daman vəziyyətində İrəvana təhvil verdik. Bundan sonra isə artıq ABŞ diplomatları, xüsusən də demokratlar qoluna məxsus şəxslər haqqında verilən məlumatlarla hər halda daha yaxşı tanış olub adekvat davranmaq lazımdır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə