Niyə Ermənistan parlamentinin iclası baş tutmadı? KVORUM OLMADI

Ermənistan parlamentinin iclası kvorum çatışmazlığı səbəbindən baş tutmayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu gün, 15 iyun, Ermənistan Milli Məclisinin dörd günlük iclası başlamalı idi, ancaq cəmi 12 millət vəkili qeydiyyatdan keçib və məhz kvorum olmadığı üçün iclas baş tutmayıb.

Xatırladaq ki, iyunun 20-də keçiriləcək Ermənistan Milli Məclisinə fövqəladə seçkilərin seçkiqabağı təşviqatı iyunun 7-də rəsmi olaraq başlayıb. Seçkilərdə 21 partiya və 4 blok iştirak edir. Görünür, seçkiqabağı kompaniya və ölkədə mövcud durum ümidsizlik doğurub və nəinki vətəndaşlar, hətta parlament üzvləri də iştirak etməkdən, Milli Məclisin iclaslarına belə qatılmaqda maraqlı deyillər, hətta imtina edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...