İsveçdə Ulu öndərin doğum gününə həsr edilmiş tədbir keçirilib FOTO

İsveçdə fəaliyyət göstərən "Qarabağ mədəniyyət məktəbi" Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbir keçirib. SİA xəbər verir ki, İsveç krallığının paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən "Qarabağ mədəniyyət məktəbi" tərəfindən keçirilən anım tədbirində məktəbdə tədris alan azyaşlı diaspor nümayəndələrimiz toplanıb.

Əvvəlcə şagirdlərə xalqımızın tarixində böyük rol oynamış və müstəsna xidmətləri ilə seçilən ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında mühazirə oxunub. Bildirilib ki, 10 may tarixində müasir Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyevin doğum günü qeyd edilir. Ulu Öndərin həyatı haqda məlumat verilən tədbirdə bildirilib ki, o, öz ömrünü xalqa sədaqətlə xidmətə həsr edən nadir siyasi xadimlərdən biri olmaqla yanaşı, siyasi fəaliyyəti ilə Azərbaycanın azadlığının təmin edilməsində və ölkəmizin inkişafında böyük işlər görüb.

Daha sonra "Qarabağ mədəniyyət məktəbi"nin şagirdlərinə ümummilli lider Heydər Əliyevin həyat yolu və ölkəmizin gələcəyi üçün gördüyü işlər barədə bəhs edən filmlər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə