Səfirlər Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar

Diplomatik korpus nümayəndələri Füzuliyə səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar. SİA-nın məlumatına görə, diplomatlara Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yenicə əsası qoyulmuş hava limanında görüləcək işlər barədə məlumat verib. Bildirib ki, tikinti işlərinə Azərbaycanın xarici tərəfdaşları da fəal surətdə cəlb olunub.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...