Ərdoğanın Ermənistan barədə dedikləri Rusiya mətbuatında

"Xalq yoruldu", deyə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistandakı etirazlara münasibət bildirib. SİA xəbər verir ki, Türkiyə prezidentinin bu fikirləri Rusiya mətbuatında, xüsusilə, RİA Novosti Agentliyində sitat olaraq gətirilib.

RİA Novosti qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistandakı etirazlara münasibətini ifadə edərkən, ölkədəki hökumətin dəyişdirilməsində silahlı qüvvələr deyil, ölkənin əhalisinin məsuliyyət daşımalı olduğunu, buna xalqın qərar verməsi gərəkdiyini bildirib. Bildirilir ki, Türkiyə lideri Ankaranın hər hansı bir çevrilişə qarşı olduğunu vurğulayıb.

"Hər hansı bir çevrilişə qarşıyıq. Ordunun siyasətə müdaxilə etməsi bu qəbuledilməzdir. Hökuməti dəyişdirmək lazımdırsa, bunu erməni xalqı etsin, bu iş xalqa tapşırılsın, həvalə edilsin", deyə RİA Novosti Ərdoğanın sözlərini sitat gətirib.

Rusiyaya məxsus mətbuat səhifəsində həmçinin qeyd olunub ki, Ərdoğan erməni xalqının ölkənin hazırkı rəhbərliyindən bezdiyi barədə də əlavə edib.

Xatırladılır ki, Ermənistanda etirazlar Qarabağdakı atəşkəs rejimi ilə bağlı ortaq bəyanat imzalandıqdan sonra başlayıb. Bir gün əvvəl müxalifətin İrəvan prospektlərindən birində düşərgə və çadrlar qurduğu bildirilir. Diqqətə çatdırılır ki, səlahiyyətli müxaliflər gün ərzində parlament binası qarşısında etiraz aksiyaları hazırlayırlar.
Nəzərə çatdıraq ki, bu həftə Ermənistan prezidenti Armen Sarkisyan, baş nazirin təklifi ilə, respublika silahlı qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatrianı vəzifəsindən azad edib. Mediada yer alan xəbərlərə görə, o, Paşinyanın Rusiyanın İskəndər silahı ilə bağlı sözlərini lağa qoyub və azad edilməsinə də səbəb bu olub. Onu da qeyd edək ki, bununla əlaqədar olaraq, cümə axşamı Baş Qərargah, hökumət başçısından istefa tələbini açıqlayıb. Paşinyan bu bəyanatın ölkədəki hərbi çevriliş cəhdi olduğunu söyləyərək izahat verib və tərəfdarlarını İrəvanın mərkəzindəki Respublika Meydanına gəlməyə çağırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...