Prezident İlham Əliyev: "Hər kəs bilməlidir, torpaqları satan kimdir, əsarətdən qurtaran kimdir"

Tarixi faktları saxtalaşdırmaq olmaz. Xalqımız 2003-cü ildən bu günə kimi «müxalifət» deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlarını bilirdi. Və bu gün son 17 ildə Azərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünayını ağuşuna alan koronavirusa qarşı mübarizədə və ən nəhayət 30 illik torpaq həsrətinə 44 gün ərzində Ali Baş Komandanımızın diplomatik siyasəti, Müzəffər ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə son qoymayı – Böyük Qələbə qazanması, "Biz birlikdə güclüyük!" şüarı ilə bütün uğurlu addımları atdığını xalqımız görür və öz Liderinə inanır. Ancaq həmişə olduğu kimi, bu gün də Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları isə müxalifəti təşvişə salıb.

Prezident İlham Əliyev: "Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik"

Prezident İlham Əliyev yanvarın 27-də Şuşada xüsusi nümayəndəsi təyin olunmuş Aydın Kərimovu videoformatda qəbul edərək çıxışı zamanı bildirib ki, tarixi malalamaq lazım deyil: "Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir".

Bütün çıxışlarında Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu gün erməni işğalından azad etdiyimiz torpaqlarımızın işğalçıya verilməsinin səbəkarları AXC-Müsavat cütlüyüdür: "AXC-Müsavat cütlüyünün bu cinayətləri heç vaxt bağışlanılmayacaq və unudulmayacaq. Həmçinin, cinayətkarlar cəzasını çəkəcəklər. Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır".

Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək

Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək, əksinə yeni mövqelər əldə etmək məhz bu gücün real göstəricisidir. Və bu satqın, erməniyə nökərçilik edənlər anlamalıdır ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna da nail oldu.

Ancaq 28 il "müxalifətdəyəm" deyən əqidəsi, məsləki satqınlıq olan AXCP sədri Əli Kərimli, gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov… kimilər necə ki, iş çətinə düşən kimi, "dövlətin yanındayıq", vəziyyət stabilləşən kimi olurlar iblislər, bu dələduzlar mütləq xalqın qarşısında mütləq cavab verməli olacaqlar – Özü də Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə