“Koronavirus Ermənistan hakimiyyətindən daha güclüdür” Suren Sarkisyan

“Koronavirus Ermənistanda mövcud hakimiyyətdən daha çox gücə malikdir və ölkədə dövlət idarəçiliyi yoxdur". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri beynəlxalq əlaqələr üzrə məmur Suren Sarkisyan özünün Facebook səhifəsində ölkənin qarşısında duran problemləri təqdim edərək yazıb.

O, xüsusi olaraq vurğulayıb ki, Ermənistan hələ də ciddi təhdidlərlə üz-üzədir.
“Hələ də ciddi təhdidlərlə qarşılaşırıq. Dövlət orqanları iflic vəziyyətindədir. Xarici siyasət və diplomatiya tamamilə iflasa uğrayıb. Ordu vurulan fiziki, mənəvi və psixoloji zərbədən qurtula bilmir. İqtisadiyyat mövcud deyil. Koronavirus Ermənistanda mövcud hakimiyyətdən daha çox gücə malikdir. Dövlət idarəçiliyi yoxdur. Görünməmiş miqrasiya perspektivi ilə xalqın depressiyası var”, deyə Suren Sarkisyan bildirib.
Suren Sarkisyan ölkədə total anarxiyanın olduğunu da vurğulayıb və bildirib ki, ona görə qabiliyyətsiz, zəif, uğursuz və itirilmiş hakimiyyət siyasi meydanı tərk etməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə