"Ermənilər daim qadınlarından müxtəlif məqsədlər üçün istifadə edib" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Ermənistan baş naziri Nikol Paşinyan artıq məğlub olduqlarını başa düşür". Bunu SİA-ya politoloq Nəzakət Məmmədova deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın aqressiyası, xüsusilə də öz qisaslarını şərəfsiz bir şəkildə dinc əhaliyə qarşı yönəltməsi ondan xəbər verir ki, işğalçı ölkənin ordusu artıq döyüş meydanında məğlub olub: "Beləcə onlar öz acıqlarını, hirsini bizim mülki əhalidən çıxmağa çalışır. Ermənistan həm diplomatik cəbhədə, həm də hərb meydanında məğlub olub. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi artıq təmas xətti və əvvəlki status-kvo yoxdur. Vəziyyət tamamilə Azərbaycan Ordusunun nəzarəti altındadır və Azərbaycanın xeyrinədir. Təbii ki, bunu Paşinyan başda olmaqla, Ermənistan, bütün erməni diasporası dərk edir. Artıq dünya erməniliyi təlaş içərisindədir. Çünki “Myatsum” planı alt-üst olub. 30 illik “Myatsum” və yüz illərdir onların Azərbaycana qarşı həyata keçirdiyi planlar tamamilə puç olub.

Ümumiyyətlə ermənilər hər zaman öz qadınlarından müxtəlif məqsədlər üçün istifadə ediblər. Bu heç kimə sirr deyil. Bunu hətta Fridrix Engels də yazıb. Eləcə də dünyanın bütün görkəmli şəxsləri, səyyahları hər zaman ermənilərin bu taktikadan istifadə etdiklərini yazıblar. Həmin qadınlar yeri gələndə özlərini həm vəhşicəsinə bir snayper kimi, həm də “sülh göyərçi”ni kimi qələmə verirlər. Məsələn, Nikol Paşinyanın arvadı həm “sülh”dən danışır, həm də hərbi forma geyinərək işğal olunmuş ərazilərimizdə ucuz şou, piar kampaniyası ilə məşğul olur. Necəki Paşinyan hakimiyyətə gələndə özünü demokratik kimi göstərirdi amma sonradan onun işğalçı təfəkkürü üzə çıxdı. İşğal və demokratiya tamamilə bir-birinə zidd olan məsələlərdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...