İstanbulda Ermənistanın təxribatına etiraz aksiyası keçirilib

İstanbulda Ermənistan qoşunlarının Azərbaycana qarşı təxribatına etiraz olaraq aksiya keçirilib. SİA-nın məlumatına görə, şəhərin Kadıköy rayonunda keçirilən aksiyada yüzlərlə yerli sakin, eləcə də Azərbaycan vətəndaşları iştirak edib.

Aksiya iştirakçıları Ermənistanın Azərbaycan ərazilərini işğalını pisləyib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Aksiya insidentsiz başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə