ABŞ-da baş verən yanğının tüstüsü Avropaya çatdı FƏLAKƏT

ABŞ-ın qərbində davam edən meşə yanğınları nəticəsində yaranan tüstü dumanı nəinki ölkənin şərq sahillərini, eləcə də Şimali Avropanın bir sıra ölkələrinə qədər gedib-çıxıb. SİA xəbər verir ki, bu barədə Avropanın Atmosferin monitorinqi (CAMS) xidməti məlumat yayıb.

“ABŞ-da yanğın fəallığını əvvəlki illərlə müqasiyə edərkən, CAMS bu ilki fəallığın on, hətta yüz dəfə daha çox olduğunu müəyyən edib”, deyə məlumatda bildirilir.

Ekspertlər bəyan edirlər ki, tüstü dumanı atmosferə Şimali Amerika, ABŞ və Kanada üzərindən keçərək, Şimali Avropaya qədər gedib-çıxıb. Proqnozlara görə, bu hal sentyabrın 12-20-də də davam edəcək. Həmin tarixdə tüstü dumanı yenidən Atlantikanı keçəcək.

Amerikalı alimlərin fikrincə, tüstünün şərqə tərəf yayılmasına hava təsiri də var - The Associated Press yazır.

Xatırladaq ki, nəhəng yanğınlar ABŞ-ı avqust ayından ağuşuna alıb. Buna səbəb kimi anomal istilər və ildırımların olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə