"Beynəlxalq təşkilatın fikirləri demokratik çərçivəyə sığmır" ÖZƏL-MÖVQE

"Amnesty International" təşkilatı Azərbaycan hakimiyyətinə qarşı növbəti bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti müxalifətyönlü və vətəndaş fəallarına, müstəqil jurnalistlərə qarşı genişmiqyaslı təqib kampaniyasına başlamaq üçün COVİD-19 pandemiyasından istifadə edib.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bunları deyib: "Amnesti İnternational" təşkilatının son bəyanatı da son illər ərzində Azərbaycanla bağlı verdiyi analoji bəyanatlardan fərqlənmir. Ənənəvi olaraq, bu təşkilat ölkəmizə qarşı qərəzli, bir tərəfli və qeyri obyektiv hesabatları ilə müxtəlif siyasi qüvvələrin maraqlarını ifadə edir. Koronovirus pandemiyası ilə bağlı fikirlər isə, yumşaq desək hər hansı bir demokratik çərçivəyə sığmır. Hər kəsə məlumdur ki, Azərbaycan Prezidentinin təşkilatçılığı ilə keçirilmiş Türkdilli Dövlət Başçılarının və Qoşulmama hərəkatının üzv ölkələrinin təmas qrupu formatında, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, digər beynəlxalq təşkilatların rəhbərləri ölkəmizdə görülən işləri dünya ölkələrinə nümunə kimi göstəriblər. Ölkə başçısına dəfələrlə təşəkkürlərini bildiriblər. Hesab edirəm ki, bu bəyanat real vəziyyəti əks etdirmir və xalqımızın əmin- amanlığını istəməyən, daxili ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrin növbəti uğursuz cəhdidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...