Faşizmin təbliğatçıları Azərbaycanın uğurlarını həzm edə bilmir - ŞƏRH

“Ermənilərin tarixi faktlarla razılaşmamaq adəti yeni deyil. Dağlıq Qarabağın guya ermənilərin ərazisi kimi təqdim olunması xəstəliyindən müalicə olunmaq istəməyən ermənilər təxribatçı fəaliyyətini davam etdirir”. SİA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib

Onun sözlərinə görə, erməni mətbuatının növbəti hədəf obyekti Qələbə Günündə işıq üzü görən “Azərbaycanlı kəşfiyyatçı və “Tehran-43” konfransı” adlı kitabdır: “Kitabda azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov və onun Böyük Vətən Müharibəsindəki qəhrəmanlaqlarından bəhs olunur.Məhz bu tarixi fakt erməni jurnalist Gayane Movsesyanın naməlum genlərinin yerindən tərpədib”.

A.Nağıyev bildirib ki, məqalə bötüvlükdə kitabı təkzib etməyə çalışan qondarma yalanlardan ibarətdir: “Guya kəşfiyyatçı Tehran konfransı zamanı hazırlanan sui-qəsdin qarşısının alınmasında iştirak etməyib. Halbuki, məhz bu əməliyyatın keçirilməsində müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni zamanda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olunub. “Azərbaycanlı kəşfiyyatçı və “Tehran-43” konfransı” kitabının müəlliflərindən biri, millət vəkili Arzu Nağıyevin fikirincə, kitabın rus və ingilis dillərində çap olunması ona geniş auditoriya qazandırdı. Bu isə, öz növbəsində erməniləri çox narahat etdi, və onlar, heç bir əsası olmayan arqumentləri ilə özlərinə diqqət çəkməyə başladılar”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə