"Ermənistan ikiüzlü siyasət yürütdüyünü bir daha təsdiqlədi" ÖZƏL-MÜNASİBƏT

Əlbəttə ki, belə baxanda Ermənistan dövlət olaraq, bir xalq olaraq həmişə ikiüzlülük, üçüzlülük siyasəti yeridib və belə çoxüzlülük siyasətində Ermənistan xalq və dövlət kimi etalon hesab olunub və tarix də bunu təsdiq edir. Bunu SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib.

Politoloq qeyd edib ki, onların, yəni ermənilərin bu siyasəti bu günkü gün üçün də aşkardır: “Azərbaycan bir dövlət olaraq öz torpaqlarını qorumaq üçün, öz müdafiəsini təşkil etməkdən və torpaqlarını azad etməkdən ötrü İsraildən böyük həcmdə silah alır. Statistika ilə götürəndə İsraildən hərbi texnikanın alqı-satqısı üzrə ABŞ-dan sonra Azərbaycan ikinci yerdədir, səhv etmirəmsə. Ermənistan bu tendendə İsraillə yaxınlaşmaq istəyir. Bildiyimiz kimi, hətta iki il bundan qabaq qondarma erməni soyqırımı ilə əlaqədar onlar İsrail parlamentində, knessetdə dinləmələr təşkil etmək təşəbbüsü ilə çıxış etmişdi. Orada bir qrup ermənipərəst, Ermənistanın dostları deyilən Rusiya Dümasındakı kimi bir qrup var ki, onlar buna çalışdılar. Ancaq İsrail dövlət olaraq buna təpki verdi və həmin məsələnin müzakirəsinə imkan vermədi. Belə baxanda, bu gün Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda güclü siyasəti sayəsində Ermənistan iqtisadi blokadaya alınıb və iqtisadi blokadadan çıxmaq üçün Ermənistanın yeganə çıxış yolu İran və Rusiyadır. Əlbəttə ki, bu gün bu İranın siyəsətinə, dövlət xəttinə ziyandır ki, Ermənistan İsraillə belə bir ittifaqa can atır. Ümumiyyətlə, belə baxanda İsraillə münasibətləri yaxınlaşdırmaq cəhdi ilə Ermənistanın ikiüzlü, üçüzlü siyasəti bu tendemdə bir daha özünü göstərdi və ortaya qoydu. Daha dəqiq desək, İsraillə münasibət qurmaq cəhdi ilə Ermənistan ikiüzlü siyasət yürütdüyünü bir daha təsdiqlədi. Onlar həqiqətən ikiüzlü siyasət yürütməkdə davam edirlər. Beləki, bir tərəfdən onlar Kollektiv Təhlükəsizlik Şurasının üzvüdür, bir tərəfdən belə deyək ki, Avropaya yaxınlaşır, bir tərəfdən bildiyimiz kimi, Paşinyan ABŞ-la yaxınlaşmaq istəyir, obiri tərəfdən Avrasiya Qupundan, Avropa İttifaqından yardım istəyir və bir daha bu Ermənistan siyasətinin tənəzzülə uğradığını göstərir. Heç vaxt Azərbaycan haqqında bu sözləri, yəni, ikiüzlü siyasət yürütdüyünü heç kim deyə bilməz. Azərbaycan leqal, düzgün, açıq, şəffaf həm daxili, həm də xarici siyasət yürüdür”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...