Ermənistan hakimiyyətində "təmizlik"

Nikol Paşinyanın hakimiyyət dəyişikliyindən sonra yaranan hökumətdə Sorosçuların öz xüsusi payı var və bu xəbər heç kim üçün sirr deyil. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır. Qəzet yazır ki, Sorosçular həm hökumətdə, həm də parlamentdə olduqca geniş tərkibdə iştirak edirlər.

Nəşrin yazdığına görə, kadrların təmizlənməsi uzun müddətdir davam edir və hələ də azad olunmayan "köhnələr" hədəf hesab olunurlar.

"Üstəlik, bu təmizlənmənin çox vurğulanan bir xüsusiyyəti də var və bir qayda olaraq, Sorosçular qanadı ilə işləmək və siyasətinə qarşı çıxmaq istəməyənlər işdən çıxarılırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə