Ukrayna prezidenti İsrail vətəndaşının qətlinin araşdırılması üçün göstəriş verib

Ukrayna dövlət başçısı Viktor Yanukoviç 26 sentyabrda bıçaqlanaraq öldürülən İsrail vətəndaşının ölümünün araşdırılması üçün göstəriş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, öz iqamətgahında Anatoliy Mogilevi qəbul edən V.Yanukoviç israillinin ölümünün detallı bir şəkildə araşdırılmasını istəyib.

 

Şmuel Toubul adlı yəhudi gecə ürəyindən bıçaqlanaraq öldürülüb. Hadisənin şahidləri öz ifadələrində: "Şmuel Toubul ilə yerli vətəndaşlar arasında çıxan və qəflətən qızışan bir mübahisə nəticəsində israilli ürəyindən bıçaqlandı"-deyə bildiriblər.

 

Artıq hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...