Ermənistanın kiçik təxribatları böyük müharibəyə çevrilə bilər - TƏHLİL

Rusiya ilə Ermənistan arasında hərbi sahədə əiəkdaşlığa dair müqavilənin imzalanmasından sonra işğalçı dövlət Azərbaycana qarşı təxribatlarının sayını durmadan artırır. Rusiya prezidentinin Azərbaycana səfəri öncəsi və dünən Ermənistan təmas xəttində təxribatlar törədib. Bütün bunlar onu deyir ki, Ermənistan dünya ictimaiyyətinin təzyiq və cəza mexanizmindən uzaq durur. Daha doğrusu, işğalçı dövlət təcavüz faktına görə beynəlxalq birlik tərəfindən cəzalandırılmır...

Ermənistanın dəstəyilə Dağlıq Qarabağda separatçıların və terrorçuların "təhlükəsiz" şəkildə "fəaliyyət" göstərməsi özülüyündə təhlükəli presedent yaradır. Yəni, Qafqaz həm münaqişə ocaqlarına sahib, həm də terrorçuların rahat işlədiyi bölgə olduğundan burada narahatlıq yaratmaq istəyən qüvvələr asanlıqla öz maraqlarını həyata keçirə bilirlər.

Qeyd edək ki, son günlər Şimali Qafqazda terror dalğasının genişləndiyini nəzər alsaq o zaman, ortaya qoyulan fikrin nə qədər dolğun olduğunu görərik. Sual olunur: bu terrorçular nə üçün bu qədər əminliklə öz maraqlarını reallaşdırmağa çalışırlar? Əlbəttə ki, bölgədə terrorçuları şirnikləşdirən, onlara öz maraqlarını həyata keçirmək üçün onlardan ötrü bir stimul mənbəyi rolunu oynayan separatizm mərkəz(lər)i mövcuddur. Bu da ilk növbədə Dağlaq Qarabağ münaqişəsidir. Ermənistan öz havadarları vasitəsilə işğal etdiyi tarixi Azərbaycan torpaqlarında separatçılar və terrorçular üçün istinadgah formalaşdırıb.

Bəzi ekspertlərin fikrincə, dünyanın müxtəlif yerlərində terror aktı həyata keçirən sui-qəsdçilər məhz, Azərbaycanın nəzarətindən kənarda qalmış Dağlıq Qarabağda hazırlıq keçirlər. Digər tərəfdən bütün dünyanın mübarizə apardığı narkotrafikin ən münbit məkanı da məhz, bu gün separatçıların nəzarətində olan Dağlıq Qarabağdır.

Bu baxımdan da, dünyanın tanınmış siyasi təhlilçiləri hesab edirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Əks təqdirdə Ermənistanın təmas xəttində həyata keçirdiyi kiçik təxribatları böyük müharibəyə çevrilə, bunun nəticəsində isə bütün regionu böhrana sala biləcək müharibə başlaya bilər.

Digər tərəfdən isə əgər Dağlıq Qarabağ münaqişəsinin həlli, eyni zamanda, Şafqaz bölgəsində terrorçuluğun və separatizmin kökünün kəsilməsinə səbəb olacaq. Bu baxımdan da, dünya ictimaiyyəti sabitliyi, təhlükəsizliyi və inkişafı əsas tutaraq, Ermənistana təzyiqlər etməli, onu işğal faktına görə cəzalandırmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə