Bakıda “Enerji təhlükəsizliyi” mövzusunda seminar keçirilir

Xarici İşlər Nazirliyi tərəfindən oktyabrın 20-dən 21-dək Bakıda Azərbaycanın NATO ilə praktiki əməkdaşlığı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda seminar keçirilir. SİA xəbər verir ki, tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən olan tədqiqatçılar, ekspertlər və akademik dairələrin, Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının müvafiq sahədə ixtisaslaşmış nümayəndələri iştirak edir.

Seminar çərçivəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, mühüm enerji infrastrukturuna mümkün təhdidlər, risklər və bu infrastrukturun mühafizəsi, hibrid təhlükələrin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti, enerji təhlükəsizliyində diplomatiyanın rolu, habelə dayanıqlı və sabit enerji təminatlarının əldə edilməsinə yönəlmiş çoxtərəfli əməkdaşlıq mexanizmləri və digər mövzular müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə