"Neftçi" Simurq"la yoxlama oyunu keçirməyi planlaşdırır

"İnter" üzərində qələbədən sonra istirahətə buraxılan "Neftçi"nin futbolçuları sabah bir araya gələcəklər. Klubun mtbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığma komandaların düşərgəsində olan futbolçular istisna olmaqla, heyətdə olanlar səhər saatlarında dəniz kənarında məşq edəcəklər. Gündə iki dəfə hazırlıq keçməyi nəzərdə tutan "Neftçi" gələn ayın 6-da yoxlama oyunu keçirməyi planlaşdırır. "Simurq"la baş tutmalı olan görüşün məkanı və başlanma saatı hələ dəqiqləşdirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə