Avropa Parlamentinin Yaşıllar fraksiyası Leyla Yunusun "Saxarov" mükafatına namizədliyini irəli sürüb. Mükafatın kimlərə və hansı xidmətlərinə görə verilməsi ilə bağlı araşdırma apardıq, ortaya maraqlı faktlar çıxdı.
Belə ki, 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis olunan mükafat guya insan haqları uğrunda mübarizə aparan və buna görə hakimiyyətlərin ciddi təzyiqlərinə məruz qalan şəxslərə verilir. Əslində isə belə deyil.
Məlum oldu ki, bu mükafatı indiyə qədər alan şəxslərin əksəriyyəti öz ölkəsində vətənə xəyanətdə ittiham olunan, xarici ölkərlərə casusluq etməkdə təqsirləndirilən şəxslərdir. L.Yunusa da "Saxarov" mükafatının verilməsi iddiası ilə çıxış edən deputatlar elə dünən Avropa Parlamentində Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etdirən şəxslərdir. Həmin deputatların əksəriyyəti fransa və almaniyalı deputatlarıdır. Ümumilikdə 46 nəfərin imzası ilə hazırlanan müraciəti imzalayan qərbli deputatlar həm də qondarma "erməni soyqırımı" layihəsinin dəstəkçiləridirlər. Uzun illərdir ki, ermənilər tərəfindən maliyyələşən Avropa Parlamentinin məlum deputatlarının bu dəfə də erməni mövqeyindən çıxış edərək L.Yunusu mükafata namizəd göstərmələri başadüşüləndir.
Bütün xəbərlər Facebook səhifəmizdə