Gülağa Aslanlı: “Şəxsi maraqlarını həyata keçirməyə çalışırlar”

AXCP rəsmilərinin Müsavat Partiyasına qarşı ittihamları səngiməmiş, qarşı tərəf də öz növbəsində cəbhəçiləri qınaq hədəfinə çevirib. SİA-nın məlumatına görə, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məsələyə münasibətini bildirərkən deyib ki, Azərbaycan cəmiyyəti kimin kim olduğunu və hansı məzhəbə qulluq etdiyini yaxşı bilir.

O, Müsavatı ittiham edənləri boş danışmaqda suçlayıb: "Cəmiyyəti boş, mənasız vədlərlə aldatmaq və onları öz siyasi oyunlarının alətinə çevirmək mümkün deyil".

Gülağa Aslanlı eyni zamanda Milli Şuranın da yetərli qədər uğur qazanmadığını iddia edib: "Müsavat Partiyası müxalifətçilik ənənələrinə sadiqdir və bunu öz fəaliyyətində dəfələrlə sübuta yetirib. Müsavatın ittiham edilməsi ya siyası situasiyanı bilməməkdən, dünyada baş verən gəlişmələri dərk etməməkdən, Milli Şura birliyində güclü vahid namizədlə belə ölkədə dəyişikliyin baş verməməsi səbəbini dərin analiz etməyə cəhd etməməkdən, ya da sadəcə Müsavatı güclü rəqib kimi görməkdən və bu səbəbdən onun haqqında düzgün olmayan informasiyalar yaymaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq cəhdidir".

Sonda Müsavat yetkilisi AXCP-çiləri şəxsi maraqlarını həyata keçirməyə çalışdıqlarını bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...