Parlament seçkiləri normal keçib

Azərbaycan MSK sədri Məzahir Pənahovun başçılıq etdiyi heyət və AŞ PA müşahidəçilər qrupunun üzvü Qənirə Paşayeva Gürcüstanda parlament seçkilərini Msxeta və Marneuli rayonunda izləyiblər.

Q.Paşayeva bildirib ki, səhər tezdən, məntəqələrin qapıları seçicilərə açılandan seçki prosesini izləyirik: "Biz izlədiyimiz məntəqələrdə seçkilər normal gedir. Azərbaycanlıların kompakt yaşadığı seçki məntəqələrində də olduq. Seçkilər davam edir. Səsvermə prosesi bitdikdən sonra səslərin hesablanmsı aparılacaq və ilkin açıqlamalar elan olunacaq AŞ PA- nın müşahidəçiləri axşama qədər seçkiləri izlədikdən sonra Gürcüstan paytaxtına toplaşacaq və qeyd etdikləri müşahidələri müzakirə edəcəklər. Sabah AŞ-nın, ATƏT-in Gürcüstanda parlament seçkilərinə aid ilkin rəyi açıqlanacaq".

Qənirə Paşayeva Marneuli şəhərindəki seçki məntəqələrində də olduqlarını deyib: "AŞPA seçkilərin demokratik, şəffaf, ədalətli keçirilməsini istəyir. Gürcüstanın rəsmi şəxsləri də görüşlərdə rəsmən bildiriblər ki, Gürcüstanda baş tutacaq parlament seçkiləri şəffaf və demokratik başa çatacaq. AŞ Gürcüstanda sabitlik olmasında maraqlıdır. Azərbaycan üçün Gürcüstan dost və müttəfiq ölkədir. Burada yarım milyon soydaşımız yaşayır. Ümid edirik ki, Gürcüstanda keçirilən parlament seçkilərində iştirak edən 16 nəfər namizəddən ötən parlamentdəkindən daha çox təmsilçilərimiz olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...