Erməniləri təlaşa salan qadın - Taubira

Fransada prezident seçkilərindən sonra qurulan hökumətdə ədliyyə naziri təyin edilən Xristian Taubiranın Türkiyəyə xoş münasibəti bu ölkədə yaşayan erməniləri təlaşa salıb. SİA-nın verdiyi məlumata görə, Türklərin dostu kimi tanınan Taubira 2004-cü ildəki Avropa Parlamenti seçkilərinə namizəd olduğu vaxt Türkiyə dövlətinə və Türk xalqına açıq-aşkar dəstək vermişdi.

Yeni prezident François Hollandenin dövlət başçısı seçilmədən bir həftə əvvəl Türk Dərnəkləri Koordinasiya Komitəsinin sədri Dəmir Öngerə iki ölkə arasındakı güclü və müsbət əlaqələrin yeni dövrdə də davam edəcəyini təsdiq edən bir məktub göndərməsi erməniləri məmnun etməmişdi. Keçmiş dövlət başçısı Nikola Sarkozi dövründə Konstitusiya Şurasında ləğv edilən, ancaq yaxın aylarda təkrar gündəmə gəlməsi gözlənilən \"soyqırımı inkar qanunu\"nu təsdiq edən əlaqədar nazirliyə Taubiranın təyin edilməsi Fransa erməniləri üçün ikinci ağır zərbə oldu.


Bütün xəbərlər Facebook səhifəmizdə