Sumqayıtda 50 metr uzunluğunda tort kəsildi

Bu gün Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illik yubileyini respublikamızın hər bir yerində olduğu kimi sumqayıtlılar da böyük sevinc və coşqu hissi il qeyd ediblər. Məhz bununla əlaqədar Sumqayıtda ilk dəfə olaraq Avropanın ən böyük tortu kəsilib.

SİA-nın xəbərinə görə, mərasimdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, bır sıra dövlət orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, ictimaiyyət nümayindələri iştirak edib. Eldar Əzizov: "Bu Azərbaycanda müəyyən mənada bir brend kimi qəbul olunur. Bu gün Avropada ən böyük tortun Sumqayıtda təqdimat mərasimi keçirilir. Həm Sumqayıt həm də digər rayomların sakinləri bu tədbirə qatılıb. Bu tədbirlə artıq Sumqayıt kreativ şəhər kimi çıxış edib. Prezident cənab İlham Əliyev iki dəfə Sumqayıt şəhərinə səfər edib. O, bu səfərlərdə tarixi əhəmiyyətli layihərlə ictimaiyyətin qarşısına çıxıb. Cənab prezidentin müəyyən tapşırıq və tövsiyyələrinə əsasən bütün layihələr hazırlanıb, bir iki il ərzində bu layihələr tamamlanacaq", - deyə bildirib.

Sumqayıt şəhər sahibkarlarının təşəbbüsü ilə prezidentin doğum günü şərəfinə hazırlanan tortun uzunluğu 50 metr, çəkisi 12 tondan ibarət idi. Tortun hazırlanmasına isə 22 min ədə yumurta, 2 ton un, 400 kq yağ, 300 kq qoz və digər ərzaq məhsullarından istifadə olunub. Şəhər sakinlərinin sevinc hissləri isə birə on qat artıq idi. Çünki onlar həm prezident İlham Əliyevin ad gününü yad edirdi, həm də ki, Sumqayıtda ilk dəfə olaraq bu möhtəşəm tortun dadına baxmaq üçün növbə gözləyirdilər.

Qeyd edək ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2008-ci ilin oktyabrın 15-də İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.


Bütün xəbərlər Facebook səhifəmizdə