"İki ölkənin qardaşlığını mümkün olan zirvəyə yüksəltməyə başladı" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Pakistan dostluğu və qardaşlığı sovet imperiyasının dağılmasından sonra Avroasiyada meydana çıxmış yeni geosiyasi reallıqlardan biridir. Sovet imperiyasının mövcud olduğu dövrdə SSRi-nin tərkibində olan Azərbaycan təbii ki, Pakistanla hər hansı bir müstəqil münasibət qura bilməzdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, geosiyasi reallıqlar Pakistan-Hindistan qarşı durması konteksində SSRİ-nin Hindistanın yanında dayanmasını şərtləndirirdi. "Lakin SSRİ imperiyası dağıldığdan sonra Azərbaycan və Pakistan bir sıra meyyarları əsas götürərək, dostluq və qardaşlıq əlaqələri qurdular. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci ölkə kimi çıxış etdi. Sovet imperiyasının Azərbaycan Pakistan təbii qardaşlığının və müttəfiqliyi üzərinə çəkdiyi pərdə götürüldü. Pakistanla Azərbaycanın tarixi əlaqələri, mədəni birlik, din birliyi, İslam faktoru və humanitar oxşarlıqlar Pakistanla Azərbaycanı təbii müttəfiqə çevirdi. 1990-cı illərin əvvəllərində həm Pakistanın, həm də Azərbaycanın addımları ilə bu dostluğun, qardaşlığın əsası qoyuldu. Təəssüf ki, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Pakistanla Azərbaycanın qardaşlığını və dostluğunun böyük potensiyalına lazımi qiymət verilə bilmədi və bu böyük faktor nəzərdən qaçırıldı. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu boşluq dolduruldu və böyük prespektiv kimi Azərbaycan Pakistan əlaqələrinin start verildi. İlk dəfə Heydər Əliyevin xaricdə o zamankı Pakistanın baş naziri Bənazir Butdo ilə görüşü, sonra Heydər Əliyevin İslamabada səfəri və Pakistan dövlət başçısının Azərbaycana səfərləri davamlı və uzun gedən tarixi dostluğu və qardaşlığı bərpa etdi. 2015-ci ildə isə Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq haqqında hər tərəfli bəyannamənin imzalanması, bu iki ölkənin qardaşlığını mümkün olan zirvəyə yüksəltməyə başladı. 2020-ci ilin vətən müharibəsində də, Pakistanın Türkiyə ilə bir sırada Azərbaycana dost və qardaşcasına dəstək verməsi, diplomatik siyasi cəhətdən Azərbaycanla həmrəylik nümayiş etdirməsi, müharibənin taleyini həll edən ciddi faktorlardan birinə çevrildi. Buna görə də, bu gün Azərbaycan Pakistan tərəfdaşlığının yüksək səviyyəsini və daha da yüksəlmək prespektivlərini başlanğıcını 1990-cı illərin əvvələrindən götürmək lazımdır. Bu gün Azərbaycanla Pakistanın arasında siyasi əlaqələr demək olar ki, hər hansısa bir ölkənin həsəd aparacağı səviyyədədir. Lakin iqtisadi əməkdaşlığın, ticarət investisiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük ehtiyac var. Ermənistanın bir müsəlman dövləti olan BƏƏ-ilə ticarəti illik az qala 6 milyarda çatdığı halda, Azərbaycanla Pakistanın ticarət mübadiləsi 22 milyona ancaq çatır. Əlbəttə ciddi şəkildə bu məsələ narahatlıq doğuran bir faktordur. Buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev çox haqlı olaraq Azərbaycan Pakistan münasibətlərində ki, siyasi zirvənin iqtisadi ticarət investisya əməkdaşlığına transfer olunmasını bir vəzifə kimi müəyyən elədi. Yəni konkret olaraq qarşıda dayanan hədəf budur ki, Pakistan Azərbaycan qardaşlığının siyasi zirvəsi necə ölçülürsə, iqtisadi ticarət əməkdaşlığıda məhz həmin səviyyədə bərqərar olmalıdır. Əlbəttdə buna çox böyük bir potensiallar var, imkanlar var və yəqin ki, yaxın gələcəkdə hər iki tərəfin mövcud sağlam və şəffaf iradəsi, bu hədəfə nail olmağın yollarını asanlaşdıracaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə