MDB dövlət başçılarının sammiti və XİN Şurasının iclası Moskvada keçiriləcək - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvada oktyabrın 8-də MDB ölkələrinin liderlərinin sammiti, oktyabrın 7-də isə Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. SİA xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

S.Lebedevin sözlərinə görə, məhdud tərkibdə ünsiyyət zamanı MDB xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin rəhbərləri vaxtın çox hissəsini beynəlxalq gündəlikdəki aktual məsələlər və birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsinə sərf ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə