Şərəflə vuruşar, bir an yorulmaz,

Xainə dərs verər, qəddi qırılmaz.

Kimsəyə baş əyməz, qula qul olmaz,

Allahın quludur Türkün Ordusu.

Savaş onlar üçün düyün, təntənə,

Addım atsın aman verməz düşmənə.

Öz canını qurban verər vətənə,

Uludan uludur Türkün Ordusu.

Düşməni öz mənfur qanında boğan,

Axşam qürub edib, sübh çağı doğan.

Məğlubiyyət Türkə olub qadağan,

Zəfərlə doludur Türkün Ordusu.

Damla qanı belə olmasın hədər,

Payına düşməsin qəm-qüssə, kədər.

Türkün bir yolu var, o haqqa gedər,

Haqqın öz yoludur Türkün Ordusu.

ZƏFƏR BİZİMDİ!

Torpağıma yadlar tamah saldılar,

Neçə-neçə günahsız can aldılar,

Şirin-şirin xəyallara daldılar,

Artıq qisas vaxtı gəlibdir indi,

Möhkəm dayan xalqım, zəfər bizimdi.

Yumruq olub birləşəyin hamımız,

Boş-boşuna axmaz axan qanımız,

Qurban olsun haqq yolunda canımız,

Yol gedirik haqqa tərəf biz indi,

Möhkəm dayan xalqım, zəfər bizimdi.

Kömək olsun millətimə yaradan,

Yağıları çıxarmışıq sıradan,

İtib gözdən, çıxır bir-bir aradan,

Peşman olub düşmən, dizin-dizindi,

Möhkəm dayan xalqım, zəfər bizimdi.

Alım belə igidlərin qadasın,

Rəhm eyləmə, ver düşmənin bəlasın,

Gec anladı xain itlər xətasın,

Murdarlara açdırmırıq göz indi,

Möhkəm dayan xalqım, zəfər bizimdi.

Azad edib torpaqları dön geri,

Məzar eylə xainlərə səngəri,

Ey sarsılmaz Azərbaycan əsgəri,

Tarix yazıb sərhədləri çiz indi,

Möhkəm dayan xalqım, zəfər bizimdi.

Nicat Novruzoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə