Son günlər yuxusu da gəlmirdi. Elə gözlərini tavana zilləyib fikrə gedirdi, həyatı kino lenti kimi xəyalından gəlib keçirdi.
Bu gün də beləcə xeyli fikirləsmısdi,bəxtindən gileylənmisdi və beləcə yuxuya getmişdi.
Qəribəsi o idi ki, gözlərini açanda gördü ki, Qobustan qayalarinin yanındadır .Ov təsviri olan qayadan yarıçılpaq ovçu kişi atdan düşürmüş kimi aşağı siçrayıb oxu yaya qoyub, kamanı var güçu ilə dartdı. Onu nişan alıb yayı dartıb buraxdı.
Qəribin ürəyi qırıldı, dedi bu dəqiqə, bu ox onun ikilik taxta kimi arıq bədənini deşib o tərəfdən çıxaçaq. Cox yəqin ki, əzablı ağrı onun belini əyəcəkdi, qanı fışqırıb gömgöy otları qızardacaqdı.
Birdən heyfsiləndi ki,onun heç kimə lazım olmayan bir iki litrlik qanı gömgöy otları bulayaçaq, heç yazıq heyvanlar da bu otu daha qirpib yeyə bilməyəçəklər.
Xüsusən də qoyunlar duyuq düşüb balaca başlarını çevirib başqa səmtə gedəcəklər.
Axı o şor tamı verən qana batmış otları yeyib nə dad alacaqlar. Qocalmıs, arıqlamış Qəribin qanından səhər yediyi az qala qoxumuz pendirin iyi gələrdi.
Daha qonşusu şisman Nəcəf kimi hər gün kababla içdiyi konyakın qoxusu gəlməzdi ki?!
Qəribin özündən çox hələ kiçik olan balalarına yazığı gəldi, düzdür, heç kəs bu dünyanın varın-dövlətin dalına şələləyib o dünyaya aparmır. Amma özündən sonra balaları üçün heç olmasa pulu, bahalı maşını, min kvadratmetrlik sarayı qalır, Bakıda evi qalır. Övladlari da mənim balalarım kimi müdafiəsiz qalmayacaq ki, pul qapılarını açacaq,oxuyub adam olacaqlar.
Bəs onun sür-sumüyü görünən Seymuru onsuz nə edər, əmisi, yox, dayısı yox, vəzifəli qohumu yox...
Qərib o atılan oxun lap səsini də qulağının dibində hiss etdi, amma ağrı duymadı, qan qoxusu hiss etmədi. Ox yan ötdü, keçib o tərəfdəki iri qaya parçasının tən ortasına dəyib tappıltı səsi çıxartdı.
İnanan olmasa da, Qəribin ürəyindən keçdi ki, kaş ona dəyəydi bu ox, bu tərəfindəb girib o tərəfindən çıxaydı.
Amma çox ağrı verməyəydi, canı da köhnə dukançı Əliməmməd kimi üç günə çixmayaydı.
Kişinin tavana bərələ qalmış gözləri bu gün də yadında qalmışdı.
Arvadı Əsmər uz-gözünü cira-cira hey deyirdi ki:
--Əliməmməd ,Allahu Əkbər de,ürəyində kəlmeyi- şəhadətini təkrarla...
Əliməmməddə güç hardan idi ki, bunları təkrarlaya idi.
Bir azdan ancaq xırıltısı gəlməyə başladı.
Həkim dedi ki,bu aqoniya vəziyyətidir. Ta heç nə etmək olmaz,tezliklə qurtaracaq ...
Əsmərin ürəyi gedəndə, qonşu qadınlar onu sürüyüb yan otağa saldılar ki, halı özündə deyildi, yaxasi-başı açılıb, çılpaq qılçaları çöldə qamışdı.
Əliməmmədin xırıltısı səhəri gün dan söküləndə kəsildi.
Yaxın qonşuları Hədidulla kişi əlləri əsə-əsə Əliməmmədin çənəsini iri dəsmalla şıxib bağladı, ayaqlarını düzəltdi, özü də məsləhət gördü ki, alt paltarlarını soyundurub üstünə ağ atsınlar ...
Meyidi yumağa yer hazırlasınlar, palatka-filan üçün Tapdiğa xəbər yollasinlar....
Qərib ürəyində fikirləşdi ki, kaş o da elə Aliməmməd kimi hörmətli öləydi, onun üçün da əzizləri üz-gözlərini cırıb ağlayaydılar.
Qərib birdən diksindi ki, nə deyib avlayacaqlar, bir qarış boyu var, ona-buna da borcu, krediti. Bankdan da gəlib nəyisə aparmaq istəyəçəklər ki, kreditini bağlasınlar...
Qəribin ürəyindən qara qanlar keçdi.
Bəs uşaqlar nə olarlar? Bir köhnə evdir,divarları da elə sovet dövründən kağız görəndir, onlar da yaman gündə, içəridən qurdlar basıb yeyiblər, indi aşsüzən kimi görunür, kimə lazımdır belə ev.
Amma yox, pristavlar çox yəqin ki, arvadına və uşaqlarına da rəhm eləməzlər, uşaqlar qışın günü kimə və hara pənah apararlar...
Yox, Qərib lap yəqin ki, ölmək fikrindən vaz keçdi .
Daha səhər açılırdı. Durub yuyundu, niyyət eləyib sübh namazına durdu ...
Bu gün Allaha dua etdi ki,çox şey istəmir, yaxşı bir sahibkar çıxıb onu işləməyə aparsın,yaxşı da zəhmət haqqı versin,o da bir yaxşı bazarlıq edib usaqlarını, arvadını sevindirsin, bir az da ət alsin. Lap çoxdandır plov yemirlər...
Amma o Oobustandakı qayadan aşağı enib onu oxla nişan alan nə ovçu, nə də qulağının dibindən şütüyüb keçən ox, qayaya çırpılanda çıxartdığı səs yadından çıxmırdı.
Doğurdanmı bunlar olmuşdu ya yuxuda görmüşdü?!
Bir yana baxanda heç yuxuya da oxşamırdı.
Bu fikirdə ikən həmişə onunla iş axtaran qonşusunun səsi gəldi:
--Ay Qərib, ay Qərib, çıx çölə də, bayır günorta oldu ki!..

Məhəmməd OSMANOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...