BMT-nin Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfransı iyulun 28-dən 30-dək Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək. SİA xəbər verir ki, bunu Baş Assambleyanın 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç açıqlayıb.
Xatırladaq ki, iyunun 17-dən 20-dək Səudiyyə Ərəbistanı və Fransa BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin həllinə nail olmaq üçün yüksək səviyyəli konfrans təşkil etməli idilər. İyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması səbəbilə Fransa Prezidenti Emmanuel Makron logistika və təhlükəsizlik məsələlərini əsas gətirərək tədbirin təxirə salındığını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB