ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya hərbi dəstək məqsədilə 2028-ci ilə qədər 500 milyon dollar vəsait ayrılmasına razılıq verib. SİA xəbər verir ki, bu barədə Komitənin yaydığı rəsmi sənədlərdə qeyd olunub. Həmin məbləğ Komitə tərəfindən təsdiqlənmiş ABŞ-ın 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə də daxil edilib. Bildirilir ki, ABŞ Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə bu ölkə ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB