Qarabağın xilaskarına səs verək - (Esse)

Yadıma gəlir, 2003-cü ilidəki prezident seçkiləri. Çox çətin bir dövr idi. Çünki xarici qüvvələr və onların nökərləri olan bəzi radikal müxalifətçilər fürsətdən istifadə edib, ölkəmizdə çox fəallaşmışdılar. Onlar bütün qüvvəllərini sərf edirlər ki, Azərbaycanı əvvəlki xaos illərinə sürükləsinlər və məmələkətimizi parçalasınlar. Çünki 1993-cü ildə dahi Heydər Əliyev onlara, onların bu çirkin niyyətlərinə imkan verməmişdi və vətəndaş qırğınının qarşısını almışdı. Beləliklə, onların arzuları ürəyində qalmışdı... Axı bəzi xarici ölklərin rəhbərləri heç cürə istəmirdilər ki, Azərbaycan adlı müstəqil dövlət olsun. Amma xalq onların istəklərini başa düşdüyündən demək olar ki, hamılıqla Prezident seçkilərinə getdilər və cənab İlham Əliyevi prezident seçdilər. Çünki biz hamımız bilirdik ki, cənab İlham Əliyev müstəqil Azərbaycanın ideya müəllifi, memarı, qurucusu, əbədiyaşar Heydər Əliyevin yolunu davam etdirəcək və ölkənin parçalanmasına imkan verməyəcək. Ulu Öndər Heydər Əliyev də vaxtilə demişdi ki, “Mən İlham Əliyevə özüm kimi inanıram. İnanıram ki, o, prezident seçiləndən sonra mənim qurduğum dövləti uğurla irəli aparacaq”. Çox uzaqgörən siyasətə malik və Azərbaycanı öz canı qədər sevən dahi Heydər Əliyevin bu fikiri az bir zamanda reallaşdı.

Beləliklə, İlham Əliyev prezident seçkilərində dediyi, “Mən hər bir azərbaycanlının Prezidenti olacam” fikiri az bir vaxtda reallaşdı. Azərbaycanın çiçəklənməsi dövrü başladı. İqtisadiyyat az bir vaxtda yüksəldi. Qısa bir vaxtın içərisində rayonlarda, kəndlərdə böyük quruculuq işləri başladı. Müasir yollar çəkildi. Xəstəxanalar, məktəblər, mədəniyyət evləri, körpülər tikildi, Olimpiya kompleksləri yaradıldı. Sahibkarlara, fermerlərə hər cürə şərait yaradılıdı. Çoxlu iş yerləri açıldı. Rayonlardan, kəndlərdən Bakıya, Sumqayıta və xarici ölklərə iş axtarmaq üçün gedənlərin sayı tam azaldı. Kənd təsərrüfatı dirçəlməyə başladı. Həmin vaxtı sahibkarlığa başlayan mənim kimi cavan insanlar böyük həvəslə burada müəssisələr qurmağa başladıq. Çoxlu iş yerləri açdıq. Və hamımız bu işi böyük həvəslə görürdük. Çünki bilirdik ki, arxamızda bizi sevən İlham Əliyev kimi bir prezident dayanıb və bu işləri görməyə bizi həvəsləndirir.

Cənab İlham Əliyevin birinci prezidentliyi dövründə artıq xarici investorlar da ölkəyə çoxlu sərmayələr qoymağa başladılar. Neft və qaz sənayemiz yüksək səviyyədə inkişaf etdi. Qardaş Türkiyə və Orta Asiyadakı türkdilli ölkələrlə yaxşı əlaqələr quruldu. Xəzər dənizindən çıxarılan neftin, qazın hasilatı artdı. Azərbaycan neftinə, qazına xarici ölklərin marağı daha çox artdı və dünya bazarında baha qiymətə satılırdı. Bakı-Tiflis-Geyhan neft kəmərinin ardınca, Bakı-Tiflis-Qars qaz kəməri, dəmir yolu çəkilməyə başladı. Bakı-Tiflis-Geyhan neft kərəmi dahi Heydər Əliyevin adı ilə bağlanmışdısa, Bakı-Tiflis-Qars qaz kəməri və dəmir yolu kimi tarixi hadisələr də cənab İlham Əliyevin adı ilə Azərbaycanın tarixinə düşdü. Artıq bundan sonra cənab İlham Əliyev bir vaxtlar dahi Heydər Əliyevin qurduğu ordu quruculuğunu çox sürətlə davam etdirdi. Çünki Ulu Öndər Heydər Əliyev deyirdi ki, “İqtisadiyyatı və ordusu güclü olan ölkəni heç kim məşlub edə bilməz”.

Çox uzaqgörən siyasətə malik İlham Əliyev ordu quruculuğunu və müasir silahların alınıb Azərbaycana gətirilməsini çox zərgər dəqiqiliyi ilə edirdi və bizi sevməyən, bizim güclənməyimizi istəməyən heç bir xarici ölklərin başçıları bunu başa düşə bilmirdilər. Amma xalqımız ona çox inandığından artıq onu böyük istəklə ikinci dəfə Prezident seçmişdi. Çünki hamı inanırdı ki, Qarabağın azadlığını yalnız cənab İlham Əliyev reallaşdıra bilər. Həmin vaxtlar biz sahibkarlar xarici ölklərə gedəndə və orada erməni gavurlarla rastlaşanda, onların rişğəndli baxışlarını görəndə çox sarsılırdıq. Və bizim də daxilimizdə bir inam vardı ki, bu qara pərdəni cənab İlham Əliyev xalqımızın üstündən tezliklə görürəcək. Ona görə də hər bir sahibkar, fermer əlindən gələni edirdi ki, ölkəmizin iqtisadiyyatı, sənayesi, ticarəti, kənd təsərrüfatı daha çox güclənsin. Çoxlu iş yerləri açılsın. Axı biz hamımız inanırdıq ki, ölkənin başında çox güclü siyasətə, təşkilatçılığa malik, xalqını çox sevən bir prezident dayanıb. Elə bir prezident ki, artıq xarici ölkələrin başçıları onunla hesablaşmalı olsunlar. Onun ermənilər və onların havadarları haqqında dediyi kəskin fikirləri qəbul edirlər. Özünün çox ağıllı fikirləri, məntiqi çıxışları ilə xarici ölkələrdə keçirlən tədbirlərdə təkcə Azərbaycan dilində yox, türk, rus, ingilis, alman və fransız dillərində ermənilərin qəsbkar olduğunu, torpaqlarımızı işğal etdiyini, Xocalı, Malıbəyli, Ağdaban və başqa bölgələrdə törətdikləri soyqırımıları məntiqi formada sübut edirdi. Bu məntiqin qarşısında xarici ölkələrin rəhbərləri susmağa məcbur olurdular. Beləkilə, cənab İlham Əliyevin apardığı söz, informasiya müharibəsilə ermənilərin və onlara havadar olan Minsk qrupunun maskası cırılırdı...

Xalqın inamı öz prezidentinə çox artdığından onu yenidən bu sükanın arxasında görmək istədi və xalq böyük yekdilliklə üçüncü dəfə cənab İlham Əliyevi yenidən prezident seçdi. Bu seçkidən sonra artıq cənab İlham Əliyev tam inandı ki, əgər Qarabağ müharibəsini başlasa, xalq bütövlükdə - iqtidar da, müxalifət də hökmən onun arxasında olacaq. Yeri gəlsə hamı silaha sarılıb, Vətəni qoruyacaq. Amma ermənilər elə fikirləşirdilər ki, onlar Qarabağ müharibəsini başlasalar, azərbaycanlılar arasında böyük parçalanma olacaq və onlar tezliklə Bakını da ələ keçirib, “dənizdən-dənizə Ermənistan” adlı çirkin arzularının reallaşmasına çalışacaqlar. Atalarımızın belə bir maraqlı məsəli var: “Çox bilən quş, dimdiyindən tələyə düşər”. Erməni gavurları da bu yolla tələyə düşdülər. Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı bütövlükdə milli birlik yaradıb, Prezidentin ətrafında sıx birləşdilər. Hərbi Komissarlıqlarda döyüşə getmək istəyənlərin sayı-hesabı yox idi. Günlərlə həmvətənlərimiz Hərbi Komissarlıqların qarşısında dayanıb, orada işləyənlərdən israrla döyüşə getməyi tələb eləyirdilər. Böyükdən kiçiyə qədər hamı döyüşən orduya əlindən gələn köməklik edirdi. Beləliklə, həm ön cəbhədə və həm də arxa cəbhədə hamı vuruşurdu. Cənab İlham Əliyev isə 44 günlük Vətən müharibəsində iki müharibə aparırdı. Bir müharibə Qarabağda, ikinici müharibə isə xarici jurnalistlərlə, siyasətçilərlə, İnformasiya Vasitələrilə və bizi sevməyən xarici ölklərin rəhbərlərilə. Belə bir deyim var: “Haqq işə Ulu Tanrı da yardımçı olur”. Ulu Tanrı qardaş Tükiyənin, Pakistanın və İsrailin vasitəsilə bizə yardımçı oldu. Beləliklə, 44 günə Qarabağda dünya hərb elmində görünməmiş qələbə qazandıq. Bizi sevməyən ölkələrin rəhbərləri də və ən əsası isə erməni gavurları da çaşıb qaldılar...

Xarici ölklərdə yaşayan və öz millətimizdən olan bəzi dönüklər də bar-bar bağırırdılar ki, “hə, nə olsun. Qarabağ torpağı tam azad olunmayıb ki. Ermənilər tezliklə azad olunan torpaqları da geri qaytaracaqlar. İndi görəcəksiz”... Amma cənab İlham Əliyev bu dönüklərin dediyinə fikir verməyib deyirdi: “Mən nəyi nə vaxt etməyi özüm yaxşı bilirəm. Dəmir yumquq tezliklə hər şeyi tam həll eləyəcək”. Bəli. Elə də oldu. 2023-cü ilin sentyabr ayının 19 və 20-si tarixlərində aparılan lokal xarakterli 23 saatlıq antiterror tədbirləri zamanı ermənilər ağ bayraq qaldırmağa məcbur oldular. Beləliklə, 23 saat müddətində biz 44 günlük Vətən müharibəsindən daha çox düşmən silah-sursatını ələ keçirtdik. Və xalqımızın uzun illər arzusunda olduğu Əsgəranda, Ağdərədə, Xocavənddə, Xankəndində və ən əsası da Xocalıda məhz cənab İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində üçrəngli bayrağımız ucaldı.

Deməli, xalqımız hələ 2003-cü ildə Ulu Öndərin dediyi: “Mən İlham Əliyevə özüm qədər inanıram” kəlamını deməklə və xalqımız cənab İlham Əliyevi prezident seçməkdə yanılmamışdı. Deməli, bu seçkidə də xalqımız hamılıqla cənab İlham Əliyevi prezident seçməklə, Zəngəzur dəhlizinin açılmasını, dədə-baba yurdumuz Zəngəzurun, İrəvanın və bütövlükdə Qərbi Azərbaycanın məmləkətimizə birləşməyinin şahidi olacaqlar. Mən buna öz varlığım kimi inanıram. Ona görə də xalqımızı bütövlükdə cənab İlham Əliyevə səs verməyə çağırıram. Belə qüdrətli prezident Ulu Tanrının bizə bəxş elədiyi çox böyük vergidir. Biz də xalq olaraq bu vergini hökmən qorumalıyıq. Buna görə də yalnız və yalnız xalqın birliyi olmalıdır. Milli birliyi olan xalqı heç kim, heç bir dövlət diz çökdürə bilməz. Bu, tarixlər boyu sübut olunmuş fikirdir.

Hacı Tahir MƏLİKOV

Sumqayıt şəhəri.

27-28 Yanvar 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə