"Həqiqət" adlı axtarış sistemi yaradılır

İran Qərbin internet axtarış sistemlərinə alternativ olaraq özünün "həqiqət" adlı axtarış sistemini yaradır. SİA-nın məlumatına görə, bu axtarış sistemi internet istifadəçilərinə 2012-ci ildə təqdim olunacaq.

Mütəxəssislər son vaxtlar Yahoo, Google kimi axtarış sisitemlərinın və populyar veb-saytların gənclərə çətinlik çəkmədən geniş məlumat əldə etməyə imkan yaratdıqlarını qeyd edirlər. İran hökuməti isə belə bir şəraitdə gənclərin internet-serfinqinə nəzarət edə bilmir.

Ekspertlərin fikrincə İran Qərbin internet axtarış sistemlərini sadəcə təcrid etmək istəmir, onlara alternativ və tam nəzarət altında olan özünün daxili internet axtarış sistemini yaratmaq istəyir.

Bununla hökumət həm populyar axtarış sistemlərinin İran bazarında payını azaltmaq, həm də İranın internet istifadəçilərinə dövlət tərəfindən icazəsi olan saytlardan istifadə etməyə məcbur etmək fikrindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə