Boğaziçi körpüsü bənövşəyi rəngə büründü MARAQLI-FOTO

Boğaziçi körpüsü bənövşəyi rəngə büründü MARAQLI-FOTO

İstanbulun məşhur Boğaziçi körpüsü süd vəzinin xərçəngi probleminin erkən diaqnostikasının vacibliyinə diqqət çəkmək məqsədilə bənövşəyi rənglə işıqlandırılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, körpü dünən gecə saatlarında yarım saat müddətinə bənövşəyi rəngə bürünüb.

Türkiyədə fəaliyyət göstərən Döş Sağlamlığı Dərnəyinin (MEMEDER) irəli sürdüyü bu ideyanın tətbiqi hər il İstanbulun simvolik yerlərində reallaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə